“Goldman Sachs” rəhbərlərinə 500 milyon dollardan çox xüsusi bonus ödəyəcək

ABŞ-ın investisiya bankı “Goldman Sachs” təxminən 20 yüksək vəzifəli rəhbərinə ümumi dəyəri cari bazar qiymətləri ilə 500 milyon dollardan çox olan xüsusi səhm mükafatları verməyə hazırlaşır.
“Bloomberg” xəbər verir ki, ödənişlərlə bağlı yekun qərarın oktyabrın sonunda verilməsi gözlənilir.
Ən böyük pay bankın baş icraçı direktoru David Solomona çatacaq. Onun alacağı xüsusi bonusun dəyərinin 100 milyon dolları keçəcəyi bildirilir. Siyahıda bankın prezidenti Con Uoldron və əsas biznes bölmələrinin rəhbərləri də var.
Bu xüsusi mükafat proqramı 2021-ci ildə yaradılıb və ödənişlərin həcmi “Goldman Sachs” səhmlərinin performansından, eləcə də bankın altı əsas rəqiblə müqayisədə nəticələrindən asılı olub.
Son beş ildə “Goldman Sachs” səhmləri dividendlərin yenidən investisiya edilməsi nəzərə alınmaqla təxminən 150% gəlir gətirib.
Bank müqayisə qrupundakı şirkətlərin əksəriyyətini qabaqlayıb. Daha yüksək nəticəni yalnız “Bank of New York Mellon” göstərib — həmin dövrdə onun səhmlərinin ümumi gəlirliliyi 174% təşkil edib.


Комментарии
Комментариев пока нет. Будьте первым!